RU

Salyanda 10 şagird tüstüdən zəhərlənib/Yenilənib

Şirvan Salyan Regional İdarəsi faktı təsdiq edib və bildirilib ki, ümumilikdə 12 nəfər tütüdən zəhərlənib.

"Tüstülənmə nəticəsində 10 şagird, 2 nəfər texniki işçi özünü pis hiss edib və təcili-tibbi yardıma müraciət edilib. Onların səhhəti diqqət mərkəzində saxlanılır. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır", - məlumatda deyilir. 
 

 

15:37

Salyanın Yuxarı Noxudlu kəndində bir məktəbdə baş verən kütləvi zəhərlənmə hadisəsi nəticəsində 11 şagird və 2 texniki işçi xəstəxanaya yerləşdirilib. Bu barədə məlumatı “Report”un Aran bürosu yayıb.

İlkin versiyaya görə, zəhərlənməyə məktəbdə istifadə olunan odun sobasından ayrılan tüstü səbəb olub.

Zərərçəkənlər Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Aytac 

Избранный
62
50
anews.az

10Источники