RU

ETX: “Cloudflare” xidmətindən istifadə edən bir çox veb-resurslarda xidmətlər tam bərpa edilib  

Bu gün “Cloudflare”in qlobal infrastrukturunda müşahidə olunan fasilələr nəticəsində ölkəmizdə “Cloudflare” xidmətindən istifadə edən bir çox veb-resurslarında müvəqqəti dayanma baş verib.

AZƏRTAC Elektron Təhlükəsizlik Xidmətinin (ETX) məlumatına istinadla xəbər verir ki, dayanmalara səbəb kimi “Cloudflar”in son günlərdə “Aisuru botnet” tərəfindən həyata keçirilən rekord həcmli DDoS hücumlarını dəf etməsi ilə əlaqəli yük artımı göstərilir.

Şirkət hücumları neytrallaşdırsa da, qlobal trafikdə yaranan dalğalanmalar bəzi lokal resursların əlçatanlığında qısamüddətli problemlərə səbəb olub.

Hazırda xidmətlər tam bərpa edilib və sabit fəaliyyət göstərir.

Избранный
9
26
azerbaijan-news.az

10Источники