Bakı. Trend:
“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib.
Trend xəbərverir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncamimzalayıb.
Sərəncama əsasən, sahibkarlığa dövlət dəstəyi mexanizmlərininsəmərəliliyinin və şəffaflığının artırılması, eləcə dəiqtisadiyyatın dayanıqlı inkişafının təmin edilməsi məqsədilə:
“Etibarlı Tərəfdaş Konsepsiyası” (bundan sonra –Konsepsiya) təsdiq edilib.
Azərbaycan Respublikasının Nazirlər Kabineti Konsepsiyadanəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasınanəzarəti həyata keçirməlidir. Həmçinin Konsepsiyada nəzərdətutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə AzərbaycanRespublikasının Prezidentinə məlumat verməli, Sərəncamdan irəligələn digər məsələləri həll etməlidir.
Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrasınınmonitorinqini və qiymətləndirilməsini Azərbaycan RespublikasıNazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatlarınTəhlili və Kommunikasiya Mərkəzi həyata keçirməlidir.