RU

İsveçrə üçüncü ölkələrlə vizasız gediş gəlişin dayandırılması qaydalarını sərtləşdirdi

ain.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.

İsveçrə hakimiyyəti Brüsselin ardınca Avropa İttifaqının üçüncü ölkələr üçün vizasız rejimin dayandırılması qaydalarını sərtləşdirən tənzimləməyə etdiyi dəyişiklikləri qəbul edib. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, dəyişikliklər 17 dekabrda qüvvəyə minəcək.

Qeyd olunub ki, Şengen Sazişi çərçivəsində İsveçrə müəyyən hallarda üçüncü ölkələrin vətəndaşları üçün vizalı rejimin bərpa edilməsinə yönəlmiş Avropa İttifaqı tənzimləməsinə düzəlişin tətbiqi barədə qərar qəbul edib.

Bundan belə vizasız rejimin dayandırılması mexanizmi həmin ölkədən Şengen zonasına qeyri-qanuni şəkildə daxil olan və ya üzv ölkəyə girişinə icazə verilməyən vətəndaşların sayında 30% artım qeydə alınarsa işə sala bilər.  Əvvəllər bu göstərici 50% idi. 

Əgər həmin ölkələrdən gələn müraciətlərin qəbul nisbəti 20%-dən aşağıdırsa, oxşar tədbirlər sığınacaq müraciətlərinin sayında əhəmiyyətli artım olduğu halda da tətbiq oluna bilər. 

Məlumata görə, konfederasiya hakimiyyəti vizasız rejimin dayandırılması mexanizminin aktivləşdirilməsi üçün yeni əsaslar da irəli sürə biləcək. Xüsusilə, bunlara miqrantların xarici hökumətlər tərəfindən öz maraqları naminə istifadə edilməsi nəticəsində Aİ üzv dövlətlərində ictimai asayişə və təhlükəsizliyə yaranan təhdidlər daxildir. Bundan başqa, insan hüquqlarının pozulması ilə bağlı Aİ-nin üçüncü ölkə ilə münasibətlərinin pisləşməsi də əsas kimi qəbul edilə bilər.

Avropa İttifaqı Komissiyası Rusiyanı çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə çərçivələrində strateji çatışmazlıqlar olduğu iddiası ilə yüksək riskli ölkə kimi təsnif edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirlib ki, Aİ Komissiyası maliyyə cinayətləri ilə beynəlxalq mübarizəni gücləndirmək məqsədilə Rusiyanın yüksək riskli yurisdiksiyalar siyahısına əlavə olunduğunu açıqlayıb.

Açıqlamada bildirilib ki, Aİ Komissiyası dövlət mənbələrindən, üzv ölkələrin səlahiyyətli qurumlarından və Avropa Xarici Fəaliyyət Xidmətindən (EEAS) toplanan məlumatları birləşdirərək texniki qiymətləndirmə aparıb və Bu qiymətləndirmədə Rusiyanın yüksək riskli üçüncü ölkə kimi müəyyən edilmə meyarlarını qarşıladığı nəticəsinə gəlinib.

Rusiyanın çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsindəki çatışmazlıqları səbəbilə "qara siyahı"ya salındığına diqqət çəkilən açıqlamada, bu qərar çərçivəsində maliyyə qurumlarının Rusiya ilə bağlı bütün əməliyyatlarda daha ehtiyatlı davranmalı və lazımi araşdırma tələblərinə əməl etməli olduqları bildirilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
9
1
operativmm.az

2Источники