RU

Bayramların çox olduğu aylarda məzuniyyətə çıxanlarla bağlı təklif

ain.az, Unikal.az portalına istinadən məlumat yayır.

"İşçilərin şikayətləri ilə həm HR, həm də mühasiblər yəqin ki, tez-tez rastlaşırlar. Xüsusən bayramların çox olduğu aylarda məzuniyyətə çıxan insanların gəlir itkisi ilə bağlı narazılıqlar çox olur".

"Unikal" xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, mövcud hesablanma qaydasının müsbət tərəfləri olsa da, bayram çox olan aylarda real fərq yaradır və işçinin aldığı məbləğ gözləniləndən xeyli aşağı olur:

"Məsələn, aylıq əməkhaqqısı 1000 manat olan bir işçi 5 günlük məzuniyyətə çıxanda apreldə təxminən 932 manat alırsa, mart ayında bu məbləğ 802 manata düşür. Çünki, mart ayında bayram günlərinin sayı çoxdur. Bu vəsait fərqi insanların həmin aylarda məzuniyyət götürmək istəməməsinə səbəb olur.

Bu məsələyə ona görə indi toxunuram ki, hazırda Milli Məclisdə müvafiq qanunvericilik üzrə dəyişikliklər müzakirə olunur. Hesab edirəm ki, bu mexanizmdə də kiçik düzəlişlər etməklə, həm işçilərin gəlir itkisi aradan qalxar, həm də işəgötürən üçün planlaşdırma daha rahat olar. Məsələn, bayram günləri çox olan aylarda məzuniyyət hesablanarkən vahid orta göstəricinin tətbiqi və ya aylıq iş günlərinin fərqli olmasının kompensasiya edilməsi kimi mexanizmlər nəzərdən keçirilə bilər. Ya da digər mexanizmlər mümkündür".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
12
2
unikal.az

3Источники