RU

Türkiyədə qanunsuz oyunlara görə 11 nəfər həbs olunub

Ajans.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, əməliyyat çərçivəsində hüquq-mühafizə orqanları, qanunsuz mərc oyunlarından və fırıldaqçılıq fəaliyyətlərindən əldə olunan gəlirləri elektron ödəniş sistemləri vasitəsilə yuyan PAYCO Elektronik Para ve Ödəmə Hizmetleri A.Ş.-yə (Elektron Pul və Ödəmə Sistemləri) qarşı genişmiqyaslı tədbir həyata keçirib. Əməliyyat Jandarma Baş Komandanlığının Kibercinayətkarlıqla Mübarizə İdarəsi, İstanbul Regional Jandarma Komandanlığı və Maliyyə Cinayətləri Araşdırma Şurası (MASAK) tərəfindən İstanbul Baş Prokurorluğunun əlaqələndirməsi ilə aparılıb. Araşdırma nəticəsində məlum olub ki, qanunsuz fəaliyyətlərdən əldə olunan gəlirlər elektron pul və ödəniş xidmətləri vasitəsilə maliyyə sisteminə daxil edilərək, çoxsaylı yerli və xarici şirkətlər vasitəsilə yuyulub. Əməliyyatlar İstanbul, Ankara, Kocaeli və Yalova şəhərlərində eyni vaxtda həyata keçirilib. İstintaq nəticəsində şirkətin 123,534 milyard türk lirəsi (təxminən 5 milyard Azərbaycan manatı) məbləğində çirkli pul yuduğu müəyyən edilib. Qanunsuz gəlirlərin daha da yuyulmasının qarşısını almaq üçün şübhəlilərin və şirkətin bütün bank hesabları və kriptovalyuta aktivləri dondurulub. Bundan əlavə, iki lüks avtomobil, dörd motosiklet, üç mənzil və üç torpaq sahəsi daxil olmaqla çoxsaylı daşınar və daşınmaz əmlak müsadirə edilib.

 

Избранный
8
Ajans.az

1Источники