Etibarlı tərəfdaşlar tərəfindən həyata keçirilən idxal-ixrac əməliyyatları üzrə “Dərhal buraxılış” sistemi tətbiq ediləcək.
"APA-Economics" xəbər verir ki, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi “Etibarlı Tərəfdaş Konsepsiyası”nın tədbirlər planında öz əksini tapıb.
Qeyd edilib ki , etibarlı tərəfdaşlar üçün biznes dürüstlüyünə əsaslanan “Özünüqiymətləndirmə” sisteminin tətbiqi planlaşdırılır.