Prezident "Etibarlı Tərəfdaş Konsepsiyası"nı təsdiqlədi
Prezident İlham Əliyev "Etibarlı Tərəfdaş Konsepsiyası"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
aia.az xəbər verir ki, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin səmərəliliyinin və şəffaflığının artırılması, eləcə də iqtisadiyyatın dayanıqlı inkişafının təmin edilməsi məqsədilə qərara alıram:
1. "Etibarlı Tərəfdaş Konsepsiyası" (bundan sonra – Konsepsiya) təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirsin;
2.2. Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirsin".