Salyan rayonu Aşağı Noxudlu kənd tam orta məktəbində 20 nəfər tüstüdən zəhərlənib.
Xezerxeber.az bildirir ki, bu barədə Salyan rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Məlumata görə, onların 14-ü şagird, 6-sı isə məktəbin əməkdaşıdır.
Həmin şəxslərin bir qisminə ilkin tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.