RU

Səlahiyyətli iqtisadi operator statusu üzrə dəstək mexanizmi formalaşdırılacaq

Azərbaycanda səlahiyyətli iqtisadi operator statusu üzrə dövlət dəstək mexanizmi formalaşdırılacaq.

Milli.Az xəbər verir ki, bu məsələ Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən "Etibarlı Tərəfdaş Konsepsiyası"nda öz əksini tapıb.

Nazirlər Kabineti 2026-2028-ci illərdə Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və digər aidiyyəti dövlət orqanları (qurumları) ilə birgə aşağıdakıları həyata keçirəcək:

Beynəlxalq təcrübə nəzərə alınmaqla normativ hüquqi bazanın təkmilləşdirilməsi
Səlahiyyətli iqtisadi operator statusu əldə etmiş şəxslərə dövlət orqanları (qurumları) tərəfindən xidmət göstərilməsi sahəsində üstünlük verilməsi

Milli.Az

Избранный
15
milli.az

1Источники