Azərbaycanlı futbolçu Bahadır Həziyev 29 yaşında subaylığın daşını atır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, yarımmüdafiəçi sabah ailə həyatı quracaq.
Toy mərasimi paytaxtdakı "Sonalar sonası" şadlıq sarayında olacaq.
Bu səbəbdən bir neçə gün icazəli olan futbolçunun şəxsi səbəblərə görə komandasının 11 delabrda "Difail" ilə oyunda iştirak etməyəcəyi gözlənilir.
Qeyd edək ki, Bahadur Həziyev yayda "Səbail"ə qoşulub. Ötən mövsümü "İmişli"də keçirən futbolçu ilə 1+1 illik müqavilə imzalanıb. Bu, 29 yaşlı yarımmüdafiəçinin paytaxt təmsilçisinə üçüncü keçididir. "Neftçi"nin yetirməsi 2019-2021-ci illərdə, həmçinin 2023/2024 mövsümündə "Səbail"də çıxış edib.
Mirağa