RU

“Komando başlanğıc kursu”nu bitirən məzunların buraxılış mərasimi keçirilib  

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) “Komando başlanğıc kursu”nu bitirən məzunların növbəti buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər kursu müvəffəqiyyətlə bitirən məzunları təbrik edib, hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və bölmələrin döyüş qabiliyyətinin artırılmasında bu cür kursların əhəmiyyətini vurğulayıblar.

Kursu müvəffəqiyyətlə bitirən məzunlar “Komando andı”nı qəbul ediblər.

Sonra kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.

Buraxılış mərasiminin sonunda şəxsi heyət təntənəli marşın sədaları altında tribunanın önündən keçib.

Избранный
35
15
azerbaijan-news.az

10Источники