RU

Paşinyan: Kommunikasiyaların açılmasında maraqlıyıq

Ermənistan Baş naziri Nikol Paşinyan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

KONKRET.az “Armenpress”ə istinadən xəbər verir ki, Nikol Paşinyan son vaxtlar Ermənistanla Birləşmiş Krallıq arasında fəal dialoq və əməkdaşlığı vurğulayıb.

Vernon Koaker əməkdaşlığın genişləndirilməsi və inkişafı məqsədilə sıx dialoqun davam etdirilməsinə hazır olduğunu bildirib.

Tərəflər birgə proqramların, o cümlədən hərbi təhsil və kibertəhlükəsizlik sahələrində həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Nikol Paşinyan və Vernon Koaker regional məsələlərə də toxunublar. Xüsusilə, Vernon Koaker Böyük Britaniyanın Ermənistanla Azərbaycan arasında artıq qurulmuş sülhün möhkəmlənməsinə dəstəyini vurğulayaraq, bunun regionda sabitliyə və əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Paşinyan və britaniyalı nazir TRIPP barədə fikir mübadiləsi aparıblar.

Nikol Paşinyan qeyd edib ki, Ermənistan hökuməti avqustun 8-də Vaşinqtonda imzalanmış Bəyannamədə təsbit olunmuş prinsiplər çərçivəsində regional kommunikasiyaların açılmasında və bu məqsədlə beynəlxalq investisiyaların cəlb edilməsində maraqlıdır.

Избранный
8
5
konkret.az

6Источники