ain.az bildirir, Bizim media saytına əsaslanaraq.
Kürdəmirdə fərdi yaşayış evi yanaraq külə dönüb. Ev sahibinə 40 min manata yaxın ziyan dəyib.Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Mürtülü kəndində qeydə alınıb.Belə ki, kənd sakini Cəbrayılov Ağacan Bəylər oğluna məxsus ümumi sahəsi 80 kv metr olan 1 otaqlı və aynabəndli evin 20 kv metrlik otağı içindəki yanar kanstruksiyaları ilə birlikdə yanaraq külə dönüb.Hadisə yerinə FHN-nin Kürdəmir rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.Qeyd edək ki, yanğına səbəb elektrik naqillərində yaranan qısaqapanma olduğu bildirilir.


Bizim.Media, Aran bürosu
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.