RU

Basketbol millisi beynəlxalq turnirdə Belarusu məğlub edib

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın qızlardan ibarət U-16 basketbol millisi beynəlxalq turnirdə qələbə qazanıb.

Hafta.az xəbər verir ki, yığma ilk görüşdə ev sahibi Belarusla qarşılaşıb.

Gərgin və maraqlı keçən matç millimizin 65:61 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Belarusun sabiq idman və turizm naziri, ölkənin Milli Olimpiya Komitəsinin ilk prezidenti Vladimir Rıjenkovun xatirəsinə həsr olunan XXVIII beynəlxalq turnirə dekabrın 7-də yekun vurulacaq.

Избранный
39
7
hafta.az

4Источники