RU

Bakıda bu avtobuslar yenilənəcək

"Bakı Metropoliteni" QSC-nin "Ulduz" stansiyasını Yeni Günəşli qəsəbəsi ilə əlaqələndirən 36 nömrəli marşrut üzrə mövcud avtobuslar qismən yenilənəcək.

Bu barədə "Unikal"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata əsasən, dekabrın 7-dən marşrutda istismar olunan nəqliyyat vasitələri müasir "İsuzu" markalı avtobuslarla əvəz ediləcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır.

Bundan başqa, 146 nömrəli marşrutda istismar olunan avtobuslar da yenilənir.

Yeni Suraxanı və Şüvəlan qəsəbələrini əlaqələndirən 146 nömrəli marşrut üzrə yeni avtobuslar dekabrın 7-dən sərnişinlərin ixtiyarına veriləcək. Gedişhaqqı: 0.55 AZN olan avtobuslarda ödəniş nağdsız qaydadadır.

Dekabrın 7-dən paytaxtın Xətai rayonunun Cavanşir küçəsini Nizami rayonunun Məmmədəli Şərifli küçəsi ilə əlaqələndirən 12 nömrəli marşrut xəttinə 18 müasir və ekoloji cəhətdən təmiz avtobus cəlb olunur.

Gedişhaqqı, 0,60 AZN olan avtobuslarda ödəniş nağdsız qaydadadır.

Избранный
4
36
unikal.az

10Источники