RU

ABŞ sərhəd təhlükəsizliyini milli prioritet elan edib

Kütləvi miqrasiya dövrünün sona yaxınlaşdığını bildirən ABŞ sərhədlərin mühafizəsini milli təhlükəsizlik prioriteti elan edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ağ Ev tərəfindən yayımlanan ABŞ-ın yenilənmiş Milli Təhlükəsizlik Strategiyasında qeyd olunur. Sənəddə bildirilir: “Kütləvi miqrasiya dövrü başa çatmalıdır. Sərhədlərin mühafizəsi milli təhlükəsizliyin əsas elementidir. Biz ölkəmizi işğaldan, təkcə nəzarətsiz miqrasiyadan deyil, həm də terrorizmdən, narkotiklərdən, casusluqdan və insan alverindən qorumalıyıq”.

ABŞ administrasiyasının fikrincə, kütləvi miqrasiya ölkələrin daxili resurslarını tükəndirir, zorakılıq və digər cinayət növlərinin artmasına səbəb olur, sosial birliyi zəiflədir, əmək bazarında vəziyyəti çətinləşdirir və milli təhlükəsizliyə zərər vurur.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp vəzifəyə başlamazdan öncə ölkəyə təxminən 25 milyon qanunsuz miqrantın daxil olduğunu bildirmişdi. Andiçmədən sonra isə ABŞ–Meksika sərhədində fövqəladə vəziyyət elan edən dövlət başçısı ölkə tarixində qeyri-qanuni mühacirlərin ən genişmiqyaslı deportasiya əməliyyatını həyata keçirməyə hazırlaşdığını vurğulamışdı.

Избранный
26
50
yeniazerbaycan.com

10Источники