Yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədov sosial şəbəkədəki səhifəsində yeni fotosunu izləyiciləri ilə paylaşıb.
Publika.az xəbər verir ki, Həbib komandasının məşqindən görüntülər paylaşıb. Nurməhəmmədov fotoların altına “Onlar mənim gələcəyimi gözləmirdilər” yazıb.
Həbib MMA tarixinin ən uğurlu döyüşçülərindən biridir. Bir çox mütəxəssis onu “ən böyük” adlandırır. Qarışıq döyüş sənəti karyerası ərzində rusiyalı 29 döyüş keçirib və hamısında qalib gəlib.
