RU

62 yaşlı kişi hərbi xidmətdən yayınan şəxs kimi qeydə alınıb

Baku.ws portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Almaniyada uzun illər yaşayıb təqaüdə çıxandandan sonra Türkiyəyə qayıdan 62 yaşlı Ali Osman Metan gözlənilməz vəziyyətlə qarşılaşıb. O, bu ilin iyulunda "ikili vətəndaşlıq" aldıqdan sonra yol polisi yoxlamasında hərbi xidmətdən yayınan şəxs kimi qeydiyyatda olduğu ortaya çıxıb.

BAKU.WS xəbər verir ki, 1980-ci ildə 17 yaşında Ordu şəhərindən Almaniyaya gedən və maliyyə məsləhətçisi kimi işləyən Metan 1988-ci ildə Almaniya vətəndaşlığına keçib.

Türkiyəyə qayıtdıqdan sonra vətəndaşlığını bərpa edən Metana polis yoxlamasından sonra hərbi xidmətlə bağlı tibbi komissiyaya yönləndirilməsi barədə bildiriş təqdim olunub.

62 yaşlı Metan hazırda Ordu Dövlət Xəstəxanasında tibbi komissiyanın qərarını gözləyir:

"Sağlamlığım uyğun olsa, gedib xidmətimi edərəm. Bu yaşdan sonra da olsa borcumu yerinə yetirməkdən çəkinmirəm", – deyə o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
44
1
baku.ws

2Источники