Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Rəşadət Nabatov nazirliyin inzibati binasında vətəndaş qəbulu keçirib.
"Unikal" xəbər verir ki, qəbulda müxtəlif bölgələrdən gələn sakinlər iştirak edib və onların müraciətləri dinlənilib.
Vətəndaşlarım müraciəti əsasən əlilliyin təyin edilməsi, müalicə və müayinə məsələləri, həmçinin səhiyyə müəssisələrində işlə təminatla bağlı olib. Nazir müavini hər bir vətəndaşla fərdi qaydada söhbət apararaq qaldırılan məsələlərin araşdırılması və həlli üçün müvafiq tapşırıqlar verib.
Qəbul zamanı Rəşadət Nabatov qeyd edib ki, vətəndaş məmnunluğunun təmin edilməsi səhiyyə sahəsində həyata keçirilən fəaliyyətin əsas prioritetlərindəndir. O əlavə edib ki, daxil olan bütün müraciətlər diqqətlə araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə müvafiq tədbirlər görüləcək.