Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Qroznı şəhərinin çoxmərtəbəli yaşayış kompleksindəki binalardan birinə dron hücumu edildiyini bildirib.
O, hücum zamanı heç kimin xəsarət almadığını qeyd edib.
“Bu cür hərəkətlər mülki şəxsləri qorxutmaq və təzyiq illüziyası yaratmaq cəhdlərindən başqa bir şey deyil. Döyüş meydanında uğur qazana bilməyənlər öz zəifliklərini mülki hədəflərə zərbə vurmaqla kompensasiya etməyə çalışırlar. Çoxmərtəbəli binaya hücum acizliyin açıq əlamətidir”, – deyə Kadırov özünün Telegram kanalında yazıb.
Çeçenistan lideri həmçinin “cavabın özünü çox gözlətməyəcəyinə” söz verib.
“Düşmən tezliklə mənim şəxsi “hədiyyəmi” alacaq. Biz binanı tez bir zamanda bərpa edəcəyik”, – deyə Kadırov yekunlaşdırıb.