2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatının final mərhələsinin püşkü atılıb.
QOL.az xəbər verir ki, ilk dəfə olaraq 48 komandanın iştirak edəcəyini turnirdə komandalar 12 qrupa bölünüb.
Püşkatmanın nəticələri aşağıdakı kimidir:
A qrupu: Meksika, Cənubi Afrika, Cənubi Koreya, Avropa pley-offu – D yolu (Danimarka/Şimali Makedoniya/Çexiya/İrlandiya)
B qrupu: Kanada, Qətər, İsveçrə, Avropa pley-offu – A yolu (İtaliya-Şimali İrlandiya/ Uels-Bosniya və Herseqovina)
C qrupu: Braziliya, Mərakeş, Haiti, Şotlandiya
D qrupu: ABŞ, Paraqvay, Avstraliya, Avropa pley-offu – C yolu (Türkiyə-Rumıniya/ Slovakiya-Kosovo)
E qrupu: Almaniya, Kürasao, Fil Dişi Sahili, Ekvador
F qrupu: Niderland, Yaponiya, Tunis, Avropa pley-offu – B yolu (Ukrayna-İsveç/ Polşa-Albaniya)
G qrupu: Belçika, Misir, İran, Yeni Zelandiya
H qrupu: İspaniya, Kabо-Verde, Səudiyyə Ərəbistanı, Uruqvay
I qrupu: Fransa, Seneqal, Norveç, Qitələrarası pley-off – yol 2 (Boliviya/Surinam/İraq)
J qrupu: Argentina, Əlcəzair, Avstriya, İordaniya
K qrupu: Portuqaliya, Özbəkistan, Kolumbiya, qitələrarası pley-off – yol 1 (Yeni Kaledoniya/Yamayka/Konqo)
L qrupu: İngiltərə, Xorvatiya, Qana, Panama
Hazırda 42 komanda mundialda iştirakı təmin edib. Son 6 iştirakçı isə 2026-cı ilin martında keçiriləcək pley-off oyunlarından sonra müəyyənləşəcək.
Qeyd edək ki, qruplardan yalnız ilk iki komanda deyil, həmçinin 12 qrupun ən yaxşı 8 üçüncüsü də 1/16 finala yüksələcək.