ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Böyük Britaniya və digər Avropa ölkələri Rusiya ilə mümkün genişmiqyaslı müharibə riskini nəzərə alaraq müdafiə qabiliyyətlərini gücləndirməlidirlər.
Globalinfo.az xəbər verir ki, bu fikri Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sirski “Sky News”a müsahibəsində səsləndirib.
Sirski bildirib ki, istənilən ölkənin əsas vəzifəsi öz vətəndaşlarını, uşaqlarını və ərazisini təhlükəsiz şəkildə qorumaqdır.
Onun sözlərinə görə, təcavüzkar dövlətlərin, xüsusilə də Rusiya Federasiyasının və onun müttəfiqlərinin yaratdığı təhdid fonunda bu mövzu daha da aktuallaşır.
Komandan qeyd edib ki, dövlətlər müdafiə səviyyəsini yüksək saxlamaq üçün bütün imkanlardan istifadə etməlidir.
O vurğulayıb ki, ordular həm müstəqil şəkildə, həm də müttəfiqlərin dəstəyi ilə təcavüzün qarşısını ala biləcək qədər müasir və hazırlıqlı olmalıdır.
Tahir Turan
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.