RU

Neymarın karyerasını harda davam etdirəcəyi müəyyənləşib

ain.az, sport24.az saytına istinadən bildirir.

"Santos" Neymarın agentləri ilə müqavilənin uzadılması ilə bağlı ilkin danışıqlara başlayıb. Sport24.az xəbər verir ki, bu barədə "Foot Mercato" məlumat yayıb.

Mənbənin sözlərinə görə, Neymar ən azı bir mövsüm də klubda qalmaq niyyətindədir və tərəflər danışıqları tezliklə başa çatdırmaq istəyirlər.

Qeyd edək ki, brazliyalı ulduz "Əl-Hilal"dan ayrıldıqdan sonra azad agent kimi "Santos"a qayıdıb. Hücumçunun klubla hazırkı müqaviləsi bu ilin dekabrın sonunda başa çatır. Neymar bu mövsüm 27 oyun keçirib, 11 qol vurub və 4 məhsuldar ötürmə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
40
sport24.az

1Источники