2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatının final mərhələsinin püşkü atılıb. İlk dəfə olaraq 48 komandanın iştirak edəcəyini turnirdə komandalar 12 qrupa bölünüb. Püşkatmanın nəticələri aşağıdakı kimidir: A qrupu: Meksika, Cənubi Afrika, Cənubi Koreya, Avropa pley-offu – D yolu (Danimarka/Şimali Makedoniya/Çexiya/İrlandiya) B qrupu: Kanada, Qətər, İsveçrə, Avropa pley-offu – A yolu (İtaliya-Şimali İrlandiya/ Uels-Bosniya və Herseqovina) C qrupu: Braziliya, Mərakeş, Haiti, Şotlandiya D qrupu: ABŞ, Paraqvay, Avstraliya, Avropa pley-offu – C yolu (Türkiyə-Rumıniya/ Slovakiya-Kosovo) E qrupu: Almaniya, Kürasao, Fil Dişi Sahili, Ekvador F qrupu: Niderland, Yaponiya, Tunis, Avropa pley-offu – B yolu (Ukrayna-İsveç/ Polşa-Albaniya) G qrupu: Belçika, Misir, İran, Yeni Zelandiya H qrupu: İspaniya, Kabо-Verde, Səudiyyə Ərəbistanı, Uruqvay I qrupu: Fransa, Seneqal, Norveç, Qitələrarası pley-off – yol 2 (Boliviya/Surinam/İraq) J qrupu: Argentina, Əlcəzair, Avstriya, İordaniya K qrupu: Portuqaliya, Özbəkistan, Kolumbiya, qitələrarası pley-off – yol 1 (Yeni Kaledoniya/Yamayka/Konqo) L qrupu: İngiltərə, Xorvatiya, Qana, Panama Hazırda 42 komanda mundialda iştirakı təmin edib. Son 6 iştirakçı isə 2026-cı ilin martında keçiriləcək pley-off oyunlarından sonra müəyyənləşəcək. Qeyd edək ki, qruplardan yalnız ilk iki komanda deyil, həmçinin 12 qrupun ən yaxşı 8 üçüncüsü də 1/16 finala yüksələcək. Mətləb