RU

Pakistan-Əfqanıstan sərhədində yenidən qarşıdurma oldu

Pakistan və Əfqanıstan sərhədində yenidən silahlı qarşıdurma baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Çaman sərhəd-keçid məntəqəsinin yaxınlığında qeydə alınıb.

Tərəflər qarşıdurma zamanı artilleriyadan istifadə edib.

Hər iki ölkə bir-birini təxribatda günahlandırıb. İnsident zamanı Pakistan tərəfdən 4 nəfər yaralanıb.

Xatırladaq ki, bu ilin oktyabrında Pakistan və Əfqanıstan arasında silahlı qarşıdurmalar başlayıb. Elə həmin ay Qətər və Türkiyənin vasitəçiliyi ilə tərəflər arasında müvəqqəti atəşkəsə nail olunub.

Избранный
62
2
konkret.az

8Источники