Ajans.az xəbər verir ki, turun açılış matçında “Zirə” “Qarabağ”ı qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüş saat 17:00-da start götürəcək. Görüşü baş hakim Rauf Cabarov idarə edəcək. Hazırda Qurban Qurbanovun komandası 29 xalla turnir cədvəlinə başçılıq edirsə, 26 xalı olan Rəşad Sadıqovun komandası onların ən yaxın izləyicisidir.