ain.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyənin tanınmış aktyoru Halil Ergun səhhətində ciddi problem yaranıb.
“Yeni Sabah” “Habertürk”ə istinadən xəbər verir ki, aktyora özəl xəstəxanalardan birində əməliyyat olunub.
79 yaşlı Halil Ergunun ürəyinin damarlarından birində daralma aşkarlanıb və həmin damara stent yerləşdirilib.
Məlumata əsasən, hazırda aktyorun vəziyyəti stabildir. O, bir gecə xəstəxanada həkimlərin nəzarəti altında saxlanılacaq.
Qeyd edək ki, “Yaprak dökümü” serialı ilə məhşurlaşan Halil Ergun “Kibar Feyzo”, “Sürü”,“Vatanım Sensin” kimi bir sıra filmlərlə geniş tamaşaçı rəğbəti qazanıb.
İlhamə Qasımlı
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.