Bu gün Azərbaycan Premyer Liqasında 14-cü tura start veriləcək.
Msport.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçiriləcək.
“Zirə” öz meydanında “Qarabağ”ı qəbul edəcək.
Ağdam klubu 29 xalla çempionatın lideridir. “Zirə” isə 26 xalla 2-ci yeri tutur.
Bu komandalar arasında ilk dövrədə keçirilən görüşdə qalib aşkarlanmayıb – 1:1.
6 dekabr (şənbə)
17:00. “Zirə” – “Qarabağ”
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Əliyar Ağayev
AVAR: Vüsal Məmmədov
Zirə İdman Kompleksinin stadionu
7 dekabr (bazar)
14:00. “Karvan-Yevlax” – “Şamaxı”
8 dekabr (bazar ertəsi)
17:00. “Qəbələ” – “Turan Tovuz”
20:00. “Sabah” – “Neftçi”
9 dekabr (çərşənbə axşamı)
17:00. “Araz-Naxçıvan” – “Kəpəz”
19:30. “Sumqayıt” – “İmişli”