RU

Zaqatalada avtomobil piyadanı vuraraq öldürüb

Zaqatalada avtomobil qadını vuraraq öldürüb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə səhər saatlarında Zaqatala-Muğanlı avtomobil yolunda, rayonun Aşağı Tala kəndi ərazisində baş verib.

Rövşən Hazmanov idarə etdiyi " VAZ 21099" markalı avtomobillə Aşağı Tala kənd sakini, 57 yaşlı Dilbər Osmanovanı yolu keçərkən vurub. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Zaqatala rayon polis şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Избранный
60
2
xezerxeber.az

10Источники