Qazaxıstan Ukraynanın Xəzər Boru Kəməri Konsorsiumunun Rusiyadakı infrastrukturuna PUA hücumundan sonra bütün mümkün neft ixrac variantlarını araşdırır və həyata keçirir.
Ölkə.az xəbər verir ki, bu barədə Qazaxıstan Energetika Nazirliyindən məlumat yayıb.
"Hazırda Qazaxıstan Energetika Nazirliyi hasilat şirkətləri ilə birlikdə neft həcmlərinin yenidən bölüşdürülməsi üzrə operativ işlər aparır. Alternativ ixrac marşrutlarından istifadə gücləndirilib”, -nazirliyin məlumatında deyilir.
Qazaxıstan Energetika Nazirliyi bildirib ki, mənfi nəticələri minimuma endirmək və hasilat templərini saxlamaq üçün neft ixracının alternativ marşrutlara dəyişdirilməsi planı işə salınıb.
Nazirlik bildirib ki, Bakı-Tbilisi-Ceyhan boru kəməri Qazaxıstan üçün alternativ neft tədarükü marşrutu ola bilər.
Qazaxıstan 2024-cü ildə bu kəmərlə 1,5 milyon ton neft ixrac edib və Astana tədarükün artırılmasını planlaşdırır.
Mürtəza