RU

Türkiyəli məşhur aktyor avtomobil qəzasına düşdü

Milli.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Məşhur türkiyəli aktyor, "Poyraz Karayel", "Bir ailə hikayesi", "Kardeşlerim", "Sustalı Ceylan" və indi isə "Rüya gibi" seriallarındakı rolları ilə tanınan Celil Nalçakan qəzaya düşüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Nalçakan öz sosial media hesabında paylaşım edib.

O, yanlış məlumatların yayılmaması üçün hadisə barədə birbaşa özünün xəbər verdiyini bildirib və qəzanın görüntülərini paylaşıb, həmçinin səhhətinin yaxşı olduğunu vurğulayıb.

"Hava şəraiti səbəbindən qarşıdan gələn qardaşımız idarəetməni itirdi. Məndə heç nə yoxdur, turp kimiyəm... Qarşımıza çıxan dostumuz, eləcə də mənim həm də assistentim olan qardaşım da turp kimidirlər... Bizdə cızıq da yoxdur, amma maşınlar bir az problemli vəziyyətdədir", - deyə o bildirib.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
18
8
news.milli.az

10Источники