RU

“Qarabağ”ın U-12 komandası beynəlxalq turnirə qələbə ilə başladı

“Qarabağ”ın U-12 komandası Qazaxıstanın paytaxtı Astanada keçirilən beynəlxalq turnirə qələbə ilə başlayıb.

İdmanxeber.az xəbər verir ki, Ağdam təmsilçisi “Kızıljar” (Qazaxıstan) komandasını 2:0 hesabı ilə məğlub edib.

“Qarabağ” beynəlxalq yarışda ümumilikdə 6 oyun keçirəcək. Qazaxıstan, Azərbaycan, Rusiya, Gürcüstan, Özbəkistan, Qırğızıstan və Tacikistan təmsilçilərinin yer aldığı turnirə dekabrın 8-də yekun vurulacaq.

Избранный
68
5
idmanxeber.az

7Источники