RU

Messi və Ronaldonun DÇ-2026-da yolları nə zaman kəsişəcək?

ABŞ-nin Vaşinqton şəhərində 2026-cı il dünya çempionatının püşkatma mərasimi keçirilib.

Publika.az xəbər verir ki, bundan sonra əfsanəvi futbolçular – Lionel Messinin və Kriştiano Ronaldpnun mundialda nə vaxt üz-üzə gələ biləcəyi məlum olub.

Messinin çıxış etdiyi Argentina J qrupuna düşüb və Avstriya, Əlcəzair və İordaniya ilə qarşılaşacaq. Ronaldonun kapitanı olduğu Portuqaliya isə K qrupunda Kolumbiya, Özbəkistan və pley-off qalibi (Yeni Kaledoniya, Yamayka və ya Konqo Demosntrativ Respublikası) ilə oynayacaq.

Argentinanın Portuqaliya ilə üz-üzə gəlməsi üçün hər iki komanda öz qrupunda birinci yeri tutmalı, həmçinin 1/16 və 1/8 final mərhələlərində qalib gəlməlidir. Bu halda Argentina və Portuqaliya yalnız 1/4 finalda qarşılaşa bilər.

Избранный
80
publika.az

1Источники