RU

Kaya Kallas:Biz özümüzə daha çox inanmalıyıq

Avropa öz gücünü, xüsusilə Rusiyaya qarşı gücünü olduğundan az qiymətləndirib. Biz özümüzə daha çox inanmalıyıq.

“İki sahil” xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Doha Forumunda çıxışında deyib.

ABŞ-ın hələ də Avropanın ən böyük müttəfiqi olduğunu ifadə edən K.Kallas bildirib: “ABŞ hələ də bizim ən böyük müttəfiqimizdir. Biz də ABŞ üçün ən böyük müttəfiq olaraq qalırıq. Avropanın güclü və davamlı olması ABŞ-ın da maraqlarına uyğundur. Biz hər mövzuda həmişə eyni fikirdə olmamışıq, amma fikrimcə, ümumi prinsip dəyişməyib: biz ən böyük müttəfiqlərik və birlikdə qalmalıyıq”.

Избранный
9
6
ikisahil.az

7Источники