RU

Türkiyə Qəzza üçün üzərinə düşəni etməyə hazırdır - Hakan Fidan

BAKI,TurkicWorld, Nailə Babazadə

Türkiyə üzərinə düşəni etməyə hazırdır. Hal-hazırda davam edən sülh səylərinə də töhfə verməyə də hazırıq.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Hakan Fidan 23-cü Doha Forumunda verdiyi açıqlamada bildirib.

Ölkəsinin Qəzza məsələsində üzərinə düşəni etməyə hazır olduğunu bildirib. Fidan qeyd edib ki, Türkiyə hazırda davam edən sülh təşəbbüslərinə dəstək verməyə hazırdır.

Fidan həmçinin vurğulayıb ki, bölgədə sülhün təmin edilməsi və tərəflərin atəşkəsə əməl etməsi üçün Türkiyə diplomatik vasitəçilik fəaliyyətlərini davam etdirəcək. O, Qəzza və digər regionlarda münaqişələrin həllində beynəlxalq əməkdaşlığın vacibliyini də qeyd edib.

Избранный
86
turkic.world

1Источники