RU

Hakan Fidan: Azərbaycan və digər müsəlman ölkələriylə sıx əməkdaşlıq aparılır

BAKI, 6 dekabr. TELEQRAF

"Donald Tramp və Benjamin Netanyahu arasında telefon danışığı olmalıdır. Çünki Yaxın Şərqdə sülhü təmin edən əsas amillərdən biri məhz budur".

Teleqraf xəbər verir ki, bunu Doha Forumu çərçivəsində Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

"İndoneziya, Azərbaycan və digər müsəlman ölkələri ilə də sıx əməkdaşlıq aparılır. İlk növbədə İsrail və Fələstin arasında döyüşləri dayandırmaq lazımdır. HƏMAS-ın dərhal silahsızlaşdırılması prosesin ilk addımı ola bilməz, bu mərhələli şəkildə həyata keçirilməlidir", - Hakan Fidan əlavə edib.

Избранный
34
teleqraf.com

1Источники