RU

Mikel Arteta Deklan Raysdan “Qızıl top” gözləyir – ARENA.AZ

“Arsenal”ın baş məşqçisi Mikel Arteta “topçular”ın ingiltərəli yarımmüdafiəçisi Deklan Rays ilə bağlı fikirlərini paylaşıb.

Arena.az ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Düşünürəm, Deklan Rays “Qızıl top”u qazanacaq. Bu, o demək olacaq ki, “Arsenal”da çoxlu qənimət götürmüş olacaq. Çünki adətən müvafiq xüsuslar əlaqədardır”, deyə Mikel Arteta vurğulayıb.

Xatırladaq ki, Deklan Rays futbola “Çelsi”də qədəm qoyub. Amma hələ yeniyetmə ikən “zadəganlar”ın düşərgəsindən “Vest Hem”ə keçmiş Rays “çəkicdöyənlər”in uğurları üçün çalışıb.

Rays “Arsenal”a 2023-cü ilin iyulunda 116,6 milyon avro məbləğ müqabilində “Vest Hem”dən keçib. “Dayaqçı”nın “topçular”la müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Rays “Arsenal”ın heyətində üq oyun keçirib, 2 qol vurub, 6 məhsuldar ötürmə verib. Raysın “topçular”ın heyətində çıxışının ümumi mənzərəsi 124 oyun, 18 qol və 26 məhsuldar ötürmədən ibarətdir.

Rays 2019-cu ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 72 oyuna çıxıb, 6 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub. “Üç şir”ə qədər Rays irland köklərinə əsaslanaraq İrlandiya yığması üçün oynayıb, aşağı yaş yığmaları ilə yanaşı, əsas yığmada da 3 oyun keçirib.

Deklan Raysın qənimətlər muzeyində “Vest Hem”lə qazandığı Konfrans Liqası (2022/2023) və “Arsenal”la qazandığı İngiltərə Super Kuboku (2023/2024) var. Həmçinin Rays 2022/2023-cü illər mövsümü üçün “Vest Hem”in ilin oyunçusu seçilib.

“Transfermarkt” internet-portalı 26 yaşlı ingiltərəli dayaq yarımmüdafiəçisinin transfer dəyərini 120 milyon avro məbləğində qiymətləndirir.

Избранный
85
2
arena.az

10Источники