“Lill” 18 yaşlı yetirməsi Ayub Buaddiylə müqaviləni yeniləyib.
"Football-plus.az" xəbər verir ki, Fransa klubunun rəsmi saytının məlumatına görə, futbolçu ilə imzalanan yeni müqavilənin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. Əvvəlki razılaşmanın müddəti isə 2027-ci ilin yayınadək idi.
Gənc yarımmüdafiəçi cari mövsüm Liqa 1 və Avropa Liqasında 18 oyunda iştirak edib və 1 məhsuldar ötürmə edib. Buaddi Fransanın gənclərdən ibarət yığmasında 72 oyun keçirib.
Bir müddət əvvəl Ayuba PSJ və “Çelsi” maraq göstərirdi.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта