Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində “Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb.
Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.