RU

Cənubi Afrikada hotelə silahlı hücum edilib - 11 nəfər ölüb

Bakı. Trend:

Cənubi Afrikanın paytaxtı Pretoriyada üç silahlı şəxshotellərdən birinə basqın edib. Silahlı hücum nəticəsində 11 nəfərölüb, 25 nəfər yaralanıb.

Trend xəbərverir ki, paytaxt polisinin verdiyi məlumata görə, Pretoriyadan 18kilometr qərbdə yerləşən Solsfild qəsəbəsindəki hadisədə ölənlərarasında iki uşaq və bir gənc də olub.

Silahlı hücumun səbəbləri hələ də məlum deyil və heç bir şübhəlişəxs həbs edilməyib.

Polisin verdiyi məlumata görə, bu ilin aprel ayından sentyabraqədər silahlı zorakılıq gündə təxminən 63 nəfərin həyatını sonqoyub.

Избранный
81
az.trend.az

1Источники