RU

Qızardılmış qidalar həmişə piylənməyə SƏBƏB OLMUR

Amerikalı alimlərin fikrincə, piylənmə hər zaman qızardılmış yeməklərin qəbulu ilə bağlı olmur.

Bizim.Media xəbər verir ki, bu barədə British Medical Journal elmi jurnalında dərc olunan məqalədə bildirilir.

Qeyd edilir ki, araşdırmada 9623 qadın və 6379 kişi iştirak edib. Araşdırmanın gedişində alimlər müəyyən ediblər ki, insanın qızardılmış qida qəbul etməsi ilə piylənmə arasındakı əlaqə yalnız həmin şəxsin özünün genetik və ya fizioloji olaraq piylənməyə meyilli olduğu halda ortaya çıxır.

Məlum olub ki, sağlam insanlar qızardılmış yeməkləri orta miqdarda qəbul etdikdə piylənməyə məruz qalmırlar.

Bizim.Media

Избранный
41
2
bizim.media

3Источники