RU

“Sabah” “Neftçi” ilə oyuna ciddi itkilərlə çıxacaq

“Sabah” Misli Premyer Liqasının XIV turunda “Neftçi”yə qarşı keçirəcəyi oyuna itkilərlə çıxacaq.

Bizim.Media xəbər verir ki, klubun oyunçuları - İvan Lepinitsa, Zinedin Uld Xaled, Cesse Sekidika, Pavol Şafranko, Boyan Letiç və Neqoş Kupusoviç zədəlidir.

Bunlardan yalnız Lepinitsa və Sekidikanın növbəti görüşdə iştirak ehtimalı var. Hər ikisinin oynayıb-oynamayacağı hələlik dəqiq deyil.

Qeyd edək ki, dekabrın 8-də baş tutacaq “Sabah” - “Neftçi” qarşılaşması saat 20:00-da start götürəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
28
3
bizim.media

4Источники