RU

Əl-Şaraa: Suriyada dörd ildən sonra prezident seçkiləri keçiriləcək

"Suriyada yeni konstitusiyaya əsasən dörd ildən sonra prezident seçkiləri keçiriləcək".

Teleqraf xəbər verir ki, bunu Ərəb respublikasının keçid prezidenti Əhməd əl-Şaraa Doha Forumunda çıxışı zamanı bildirib.

"Biz əhatəli milli dialoq konfransı keçirdik, nəticədə aralıq konstitusiya bəyannaməsi qəbul olundu. Bu bəyannamə prezidentə beş il hakimiyyətdə qalmaq səlahiyyəti verdi. Bu müddət ərzində çoxlu qanunlar qəbul ediləcək və hökumət sisteminin təməl prinsipi olacaq konstitusiya hazırlanacaq. Dörd ildən sonra mütləq seçkilər keçirəcəyik", - deyə əl-Şaraa əlavə edib.

O, keçid hökumətinin "ölkənin düşdüyü çətin şəraitə baxmayaraq" parlament seçkilərini təşkil etdiyini qeyd edərək, bu prosesin tam infrastrukturun olmadığı şəraitdə "mövcud vəziyyətə uyğun" baş verdiyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
62
5
olaylar.az

10Источники