Beyləqanda baş verən qəza zamanı ölən və yaralananların kimliyi məlum olub.
APA-nın yerli müxbirinin əldə etdiyi məlumata görə, hadisə zamanı Məmmədov Nizami Zahid oğlu dünyasını dəyişib.
Məmmədov Hafiz Atamoğlan oğlu və Namazəliyev Rövşən Bəylər oğlu isə ağır xəsarət alıb.
Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
***
20:32
Beyləqanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli müxbiri xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yol kənarında aşıb.
Hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.