RU

“Onun son məqaləsi müsbət deyil”…- Hikmət Hacıyev

“Mən Karlsona dedim ki, onun Ermənistan-Azərbaycan münasibətlərinə dair son məqaləsi sülhü təşviq edəcək qədər müsbət deyil”. 

NOCOMMENT.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Doha Forumunda deyib.

Yüksək səviyyəli diplomat Karlsonun onunla razılaşdığını bildirib: “O, mənimlə razılaşdı. Mən hətta təklif etdim ki, növbəti dəfə Ermənistan və Azərbaycan nümayəndələrini bir araya dəvət etsin və biz faktiki olaraq real sülh gündəmi haqqında danışaq. Bu, sadəcə bir nümunədir. Çünki beynəlxalq media və beynəlxalq ictimaiyyət bizi dəstəkləməlidir. Biz gələcəyə doğru gedirik və gələcək nəsillərimizi müharibənin yaralarından qorumaq istəyirik”.

O, həmçinin vurğulayıb ki, bu gün dünyada yeni münaqişə ocaqlarının yaranması fonunda Cənubi Qafqazda münaqişənin bir fəslinin bağlanması müsbət xəbərdir: “Müşahidələrimə əsasən deyə bilərəm ki, sülhdən danışmaq münaqişədən qat-qat asandır. Əvvəllər Ermənistan və Azərbaycan daim mübahisə edir, münaqişə və fikir ayrılıqlarından danışırdılar. İndi isə sülhdən danışırıq”.

Избранный
42
nocomment.az

1Источники