Olke.az saytına istinadən ain.az xəbər verir.
Çernobıl Atom Elektrik Stansiyasının (AES) 4-cü enerji blokunun üzərindəki qoruyucu tağ artıq öz funksiyasını yerinə yetirmək iqtidarında deyil.
Ölkə.az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Atom Enerjisi üzrə Komissiyasının hesabatında bildirilib.
Komissiya bu ilin fevral ayında dron zərbələri nəticəsində Çernobıl AES-ə dəyən ziyanla bağlı ətraflı hesabat yayımlayıb. Hesabatda deyilir ki, "Sığınacaq" adlı obyekt zədələnmə səbəbindən əsas təhlükəsizlik funksiyalarını itirib və təcili təmirə ehtiyac duyur.
Söhbət 1986-cı ildə dağılmış reaktordan radioaktiv tullantıların qarşısını almaq üçün tikilmiş nəhəng metal konstruksiyadan gedir.
Yoxlamadan sonra BAEA mütəxəssisləri müəyyən ediblər ki, sığınacaq təhlükəli maddələri tam şəkildə təcrid etmək qabiliyyətini itirib, dayaq elementləri və monitorinq sistemləri isə ciddi ziyan görməyib.
"Damda müvəqqəti təmir işləri aparılıb, lakin vaxtında və hərtərəfli bərpa deqradasiyanın qarşısını almaq və uzunmüddətli nüvə təhlükəsizliyini təmin etmək üçün vacib amil olaraq qalır", - deyə BAEA-nın baş direktoru Rafael Qrossi qeyd edib.
BAEA Ukrayna tərəfini konstruksiyanın sabitləşdirilməsi üzərində işi davam etdirməyə çağırıb. Rütubətə nəzarət edilməli, korroziya monitorinq sistemi yenilənməli və sığınacağın avtomatik monitorinq sistemi modernləşdirilməlidir.
Xatırladaq ki, 2025-ci ilin fevral ayında Rusiyanın dron hücumu nəticəsində Çernobıl AES-in yeni təhlükəsiz konfaynmenti (tutub saxlama) ciddi ziyan görüb. Mütəxəssislər o zaman konstruksiyanın metal və qoruyucu elementlərində diametri kiçikdən əhəmiyyət ölçüyə qədər dəyişən 300-dən çox yarıq və dəlik aşkar ediblər. Bundan əlavə, kompleksin əsas komponentlərindən biri olan əsas kran sistemi də sıradan çıxıb.(oxu.az)

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.