RU

Balakəndə 3 otaqlı ev yanaraq kül olub

Balakən rayinunda 3 otaqlı ev yanaraq kül olub.

NOCOMMENT.az-ın bölgə müxbiri xəbər verir ki, yanğın hadisəsi rayonun Yeni Şərif kəndində baş verib.

Belə ki, kənd sakini Hacımohuma Padarova məxsus, ümumi sahəsi 88 kv/m olan kürsülü birmərtəbəli 3 otaqdan ibarət fərdi yaşayış evində anidən yanğın başlayıb.

Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Yanğın genişlənərək evə bitişik tikilən iki yadımçı tikiliyədə ciddi ziyan vurub. Yanğın zamanı xəsarət alan olmayıb.

Yanğının söndürülməsinə Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Избранный
81
nocomment.az

1Источники