Məlum olduğu kimi cümə günü ABŞ-nin paytaxtı Vaşinqtonda DÇ-2026-nın qrup mərhələsinin püşkü atıldı. Pley-offda iştirak edəcək yığmaların, eləcə də qardaş Türkiyənin də rəqibləri bəlli oldu. ''Ay-ulduzlular'' mundiala vəsiqə qazanacaqları təqdirdə D qrupunda meydan sahibi ABŞ, eləcə də Paraqvay və Avstraliya ilə oynayacaq. İlk baxışdan o qədər də çətin qrup kimi görsənmir. Amma mundiala vəsiqəni hələ rəsmiləşdirmək lazımdı. Bunun üçün Türkiyə əvvəlcə yarımfinalda Rumıniyanı, sonra da finalda Slovakiya - Kosovo cütünün qalibini yenməlidi. Bu iki oyunda ümidləri doğruldacağı təqdirdə Türkiyə 24 illik DÇ həsrətinə son qoyacaq. Elə Türkiyənin baş məşqçisi Vinçentso Montella da püşkatmanın ardından verdiyi açıqlamada indi bütün diqqəti pley-offa yönəltməyin vacibliyindən danışıb: ''Bizi indi DÇ-nin qrupu yox, yalnız martda keçirəcəyimiz pley-off oyunları maraqlandırmalıdı. 24 ildi, dünya çempionatlarında iştirak etmirik və indi buna həqiqətən də çox yaxınıq. Bu yolda ən önəmli addımları martda atacağıq. Arzumuz bütün Türkiyə xalqının arzusu ilə eynidi. Nə olursa olsun, dünya çempionatında yer almaq istəyirik və bu hədəfə çatmaq üçün əlimizdən gələni edəcəyik''.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта