RU

Batabata və Parağaçaya qar yağıb FOTOLAR

ain.az, Avtosfer saytına istinadən bildirir.

Naxçıvan Muxtar Respublikası ərazisində qeyri-sabit hava şəraiti hökm sürür. Avtosfer.az xəbər verir ki, ötən gün axşam saatlarından etibarən muxtar respublikanın şəhər və kəndlərinə yağış, yüksək dağlıq hissələrinə isə qar yağıb. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Ordubad rayonunun Parağaçay qəsəbəsində 2500 metr yüksəklikdə qarın hündürlüyü 2 santimetr, Şahbuz rayonunun Batabat yaylağında isə 1 santımetr olub. Hazırda yağıntılı hava şəraiti davam edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
49
1
avtosfer.az

10Источники